Balıqçı ölümü Mərakeşi silkələyir - FOTO

Balıqçı ölümü Mərakeşi silkələyir - FOTO
09:37 31 Oktyabr 2016
47 Dünya
Ölkə mətbuatı
A- A+

Mərakeşdə balıqçı Möhsün Fikrinin həlak olması ölkədə kütləvi etiraz aksiyalarına səbəb olub.

Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, olay ötən həftənin cümə günü ölkənin şimalında yaşanıb.

Əl Hüseyma şəhərinin sakini olan 31 yaşlı Möhsün Fikri küçədə balıq satırdı. Bələdiyyə əməkdaşları onun qanunsuz ticarətlə məşğul olduğunu deyiblər və balıqları zibil maşınına atmağa başlayıblar. Möhsün malını xilas etməyə çalışanda zibil maşınının təkərləri altında qalıb.

Əslən bərbər ərəbi olan Möhsünün faciəli ölümü bərbərləri hiddətləndirib. Möhsünün zibil maşınındakı cəsədinin fotosunun sosial şəbəkələrdə yayılması isə Mərakeşdə kütləvi aksiyalara səbəb olub.

Möhsün Fikrinin dəfnindən sonra Mərakeşin Rəbat, Marrakeş, Tatuan, əl Hüseymi və s. şəhərlərində mitinqlər, yürüşlər keçirilib. Aksiya iştirakçıları Fikrinin ölümünün baiskarlarına ən sərt cəzaların verilməsini tələb edirlər.

Fikri İmzuren şəhərində dəfn olunub.

Etiraz aksiyaların çıxan bərbərlər "Bərbəristan" bayraqlarını yelləyiblər.

Mərakeşin DİN başçısı Məhəmməd Həssad olayın ən ciddi şəkildə araşdırılacağını vəd edib.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/484714.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR