Malayziya daşqınlarla üz-üzə qalacaq

Malayziya daşqınlarla üz-üzə qalacaq
09:47 31 Oktyabr 2016
37 Dünya
Ölkə mətbuatı
A- A+

Malayziya Xilasetmə Xidməti əhalini ölkənin şərqində güclü subasmalarla əlaqədar xəbərdarlıq edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, 100 min adamın həmin ərazilərdə daşqınlardan ziyan çəkməsi qaçılmazdır.

Belə ki, noyabrın ortaları üçün yağışlar mövsümünün başlamsı ilə daşqınların olması proqnozlaşdırılır.

Meteoroloqların proqnozlarına görə, noyabrın ortalarına gözlənilən güclü yağışlar yanvara qədər davam edərsə, yalnız daşqın deyil, sürüşmə təhlükəsi də olacaq.

Artıq təxliyələr aparılması üçün ayrı-ayrı xidmətlər hazırlığa başlayıb, müvəqqəti sığınacaqlar yaradılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/484713.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR