Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Həbsdə olan "Əfqan qızı"ndan yeni xəbər

Həbsdə olan "Əfqan qızı"ndan yeni xəbər

Date: 31 October 2016 10:06

"National Geographic" jurnalının üz qabığına çıxaraq dünyada məşhurlaşan "Əfqan qızı" ləqəbli Şərbət Gula ilə bağlı yeni xəbər var.

Axşam.az-ın BBC-yə istinadən məlumatına görə, Pakistanda saxta pasportla yaşadığı üçün həbs olunan 44 yaşlı qadın azadlığa çıxacaq. Pakistanın Daxili İşlər naziri 14 il həbs cəzası ilə üz-üzə qalan Şərbət üçün "Onun qadın olması, həm də insaniyyət baxımından bu işə yenidən baxılmalıdır" deyib. Nazir "Əfqan qızı"nın təzminatla azadlığa çıxacağı, haqqında olan ittihamların isə qüvvədə qalacağını bildirib:

"Ona olan ittihamları ləğv etsək və onu ölkədən deportasiya etsək, o zaman Şərbət Gulaya saxta pasport verən insanlar haqqında da ittihamları ləğv etməliyik. Amma burada əsl günahkarlar onlardır və mən bu adamların cəzalandırılmasını istəyirəm".

Qeyd edək ki, Gula 2014-cü ilin aprelində "Şərbət Bibi" sxta adıyla pasport almaq üçün müraciət edib.


Tags:  Həbsdə olan Əfqan qızından yeni xəbər

RƏYLƏR


Top news