Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Jalgiris" Azərbaycan çempionu ilə qarşılaşa bilər

"Jalgiris" Azərbaycan çempionu ilə qarşılaşa bilər

Date: 31 October 2016 10:12

Çempionlar Liqasının 2017/18 mövsümündə çıxış edəcək daha bir komanda müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Litva çempionu adını qazanan "Jalgiris" Avropanın ən nüfuzlu klub turnirində çıxış etmək hüququ qazanıb.

Vilnüs təmsilçisi çempionluğu mövsümün sonuna 3 tur qalmış təmin edib. "Atlantas"ı ev oyununda 2:0 hesabı ilə məğlub edən paytaxt klubu 30 matçdan sonra xallarını 72-yə çatdırıb. "Trakai" ilə xal fərqi 12-yə yüksələn "Jalgiris" izləyicisi üçün əlçatmaz olub.
 
Bununla, "Jalgiris" ardıcıl 4-cü, ümumilikdə 7-ci dəfə ölkə çempionu adını əldə edib. Qızıl medalların sayında "Ekranas"a çatan paytaxt klubu yalnız 8 uğuru olan "Kaunas"dan geri qalır.
 
Qeyd edək ki, "Jalgiris" Çempionlar Liqasında Azərbaycan təmsilçisinə potensial rəqib olub.

Milli.Az


Tags:  Jalgiris Azərbaycan çempionu qarşılaşa bilər

RƏYLƏR


Top news