Çağatay Ulusoy "İçerde" haqda danışdı - fotolar+video

Çağatay Ulusoy "İçerde" haqda danışdı - fotolar+video
10:21 31 Oktyabr 2016
104 Şou
Ölkə mətbuatı
A- A+

Bu mövsümün rekord qıran serialı "İçerde"nin baş rol ifaçısı Çağatay Ulusoy bir restoranda dostları ilə görüşərkən görünüb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, məkandan çıxarkən jurnalistlərin suallarını cavablandıran aktyor ssenari yazdığını da açıqlayıb:

"Kamera arxasına marağım var, bir şeylər yazıram".

Uzun müddətdir gecə həyatında görünməyən aktyor bunu işlərinin çoxluğu ilə əlaqələndirib:

"Serialda işlərimiz yaxşı gedir. Reaksiyalardan çox xoşbəxt oluruq. Yaxşı bir heyətlə işləyirik. Hər kəs kimdən nə istədiyini bilir".

Çağatay futbolçu Mesut Özilin də onların fanatı olması xəbərinə fikir bildirib:

"Paylaşımını gördüm. Təşəkkür edirəm. Bu gün çəkilişdə də bu barədə danışıldı. Ona  da uğurlar arzu edirik. O, bizim qürürumuzdur".

Serialın döyüş səhnələrinin uğurlu alınmasından danışan Ulusoy dərsləri xaricdə aldığını vurğulayıb:

"Xaricdə silah istifadəsi və söyüş sənətləri ilə bağlı təhsil aldım, ön hazırlığım oldu. İlk dəfə belə bir obrazı canlandırdığım üçün hələ öyrənirəm".

O, yanındakı iki qadının kimliyini də açıqlayıb:

"Biri menecerimin xanımıdır, digəri isə dostumun bacısı".








Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60176

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR