Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Millimizin üzvü rəsmən Türkiyə Superliqasında

Millimizin üzvü rəsmən Türkiyə Superliqasında

Date: 31 October 2016 10:27

Azərbaycan millisinin voleybolçusu Nikalina Başnakova karyerasını Türkiyədə davam etdirəcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ötən il "Bursa Böyükşəhər Bələdiyyəspor" klubunun əvəzedici komandasına transfer olunan hücumçu bu mövsüm Superliqada oynayacaq.

Belə ki, 18 yaşlı milliləşən voleybolçu Bursa təmsilçisinin əsas komandası ilə razılıq əldə edib. Hazırda Uludağ Universitetində oxuyan Başnakova ən azı 2016/2018 mövsümünü burada keçirəcək. O, yeni komandasına 12 nömrəli formanı seçib.
 
"Bursa Böyükşəhər Bələdiyyəspor" isə ölkə çempionatından sonra 4 xalla 4-cü yerdədir.
 
Qeyd edək ki, əslən Belarusdan olan 179 sm boya malik Nikalina "Bursa Böyükşəhər Bələdiyyəspor"a "Azərreyl"in ikinci komandasından yollanmışdı. O, aşağı yaş qrupları üzrə Azərbaycan millisində 2013-cü ildə debüt edib. Əsas komandamıza namizəd olan Başnakova gənclər yığmamızın əsas voleybolçusudur.  

Milli.Az


Tags:  Millimizin üzvü rəsmən Türkiyə Superliqasında

RƏYLƏR


Top news