Azərbaycan Dövlət Musiqili Teatrının direktoru teatr sənətinə dair konfransda iştirak edib

Azərbaycan Dövlət Musiqili Teatrının direktoru teatr sənətinə dair konfransda iştirak edib
10:27 31 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayev Tehranda Qərbi Asiya ölkələrinin teatr direktorlarının görüşündə iştirak edib.
"Report" xəbər verir ki, əməkdar incəsənət xadimi Ə.Lalayev teatr sənətinə dair birinci regional elmi-nəzəri konfransa qatılıb.
Konfransda Azərbaycan təmsilçisindən savayı, Əfqanıstan, İraq, Pakistan, Qətər, Rusiya, Suriya və Oman nümayəndələri iştirak edib.
İranın Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən tədbir dünən başlayıb və 3 gün - noyabrın 1-dək davam edəcək. Tədbirin məqsədi ölkələr arasında mədəni əlaqələrin genişləndirilməsidir.

Xəbərin orijinal ünvanı: http://report.az/medeniyyet-siyaseti/azerbaycan-dovlet-musiqili-teatrinin-direktoru-teatr-senetine-dair-konfransda-istirak-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR