Məşhur aktyor xərçəngə tutulub - FOTO

Məşhur aktyor xərçəngə tutulub - FOTO
10:27 31 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

"Dəyər verdiyim, sevdiyim insanlardan birinin bu vəziyyəti məni qorxudur, incidir, kədərləndirir, qayğılandırır".

Dünyanın ən məşhur aktyorlarından biri, Hollivud ulduzu Maykl Duqlasın dediyinə görə, yaxın dostu və həmkarı, 56 yaşıl Vel Kilmərdə boğaz xərçəngi aşkarlanıb.

Milli.Az TMZ-yə istinadən bildirir ki, M.Duqlasın sözlərinə görə, Vel Kilmer xəstə olması barədə heç bir açıqlama vermək istəmir, susur.

"Halbuki son iki ildə o, boğazında xərçəng şişini müalicə etdirməyə çalışır", - Duqlas Londondakı Drurni Leyn səmtində yerləşən Kral Teatrında təşkil olunmuş "Maykl Duqlasla axşam" (An Evening with Michael Douglas) şousunda aparıcı Conatan Rossa deyib.

Vel Kilmer ötən il boğazında traxeotomiya borucuğu ilə görünmüşdü. Bu borucuqdan boğaz xərçənginin müalicəsində istifadə olunur.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/484712.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR