Bakıda Kanadanın Alberta əyalətinin aqrar imkanları ilə bağlı təqdimat keçirilib

Bakıda Kanadanın Alberta əyalətinin aqrar imkanları ilə bağlı təqdimat keçirilib
10:32 31 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 31 oktyabr. REPORT.AZ/ Kanadanın qərbində yerləşən Alberta əyalətində 20 mln. hektar ərazini əhatə edən 43 min ferma fəaliyyət göstərir. “Report” xəbər verir ki, bu barədə Bakıda Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) dəstəyi ilə keçirilən Kanada-Azərbaycan heyvandarlıq seminarında bildirilib.
Tədbirdə qeyd olunub ki, bu fermalarda 80 mindən çox fermer çalışır. Onlar 2015-ci ildə 10 mlrd. dollarlıq kənd təsərrüfatı məhsulları, o cümlədən 6,7 mlrd. dollarlıq heyvandarlıq məhsulları ixrac ediblər: “Hazırda Albertanın əhalisi təxminən 4 mln. nəfərdir və burada 1 nəfərə 1 inək düşür. Kanadanın iribuynuzlu heyvanlarının 40%-i Albertadadır. Əyalət Kanadanın ümumi ixracında 18%-lik paya malikdir”. 

Xəbərin orijinal ünvanı: http://report.az/ask/bakida-kanadanin-alberta-eyaletinin-aqrar-imkanlari-ile-bagli-teqdimat-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR