Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Pentaqon iki erməniyə 200 il həbs cəzası istədi

Pentaqon iki erməniyə 200 il həbs cəzası istədi

Date: 31 October 2016 10:32

ABŞ-ın erməni əsilli iki vətəndaşı Zavik Zarkaryan və Vaçe Nairyan 100 il müddətinə azadlıqdan məhrum edilə bilərlər.

Milli.Az report-a istinadən bildirir ki, 52 yaşlı Z.Zarkaryan və 57 yaşlı V.Nairyan ABŞ-dan qanunsuz yolla hərbi avadanlıqları İrana aparmaqda ittiham olunurlar.
ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, onlar "F-14", "F-15", "F-16" və "F-18" qırıcı təyyarələrinin 3 milyon dollar dəyərində ehtiyat hissələrini ABŞ-dan İrana göndəriblər. 
Xəbərdə bildirilib ki, Z.Zarkaryan və V.Nairyan ittihamı qəbul etməyiblər və məhkəmə girov qarşılığında onları zaminə buraxıb. Günahları təsdiqlənəcəyi halda Z.Zarkaryan 115 il azadlıqdan məhrum ediləcək və dövlətə 4,7 milyon dollar məbləğində cərimə ödəyəcək. V.Nairyana isə 95 il iş kəsiləcək, 3,7 miyon dollar cərimələnəcək.
Məhkəmənin növbəti prosesi noyabrın 2-də keçiriləcək.

Milli.Az


Tags:  Pentaqon iki erməniyə 200 il həbs cəzası istədi

RƏYLƏR


Top news