ABŞ-da idarəetməni itirən sürücü 22 nəfəri yaralayıb

ABŞ-da idarəetməni itirən sürücü 22 nəfəri yaralayıb
10:52 31 Oktyabr 2016
26 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 31 oktyabr. REPORT.AZ/ ABŞ-da "NASCAR" avtomobil yürüşü başa çatdıqdan sonra tamaşaçı öz şəxsi minik maşını ilə 22 nəfərə xəsarət yetirib.
"Report" "USA Today"ə istinadən xəbər verir ki, bunu Virciniya ştatının Martinsvil şəhərinin Polis İdarəsinin təmsilçisi Korin Geller bildirib.
İnformasiyaya görə, sürücü idarə etdiyi "ChevroletSSR" markalı avtomobili hərəkət qüsuru olanlara aid dayanacaqda saxlamaq istəyərkən, qaşıdakı maşını ötüb keçmək istəyib. Nəticədə əvvəlcə yoldan keçən bir nəfəri vurub, ardınca avtomobili yol kənarında dayanan kütlənin üzərinə sürüb. Qəza nəticəsində ölən olmayıb. Xəsarət alan 22 nəfərdən 9-u xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, hadisə sürücünün idarəetməni itirməsi nəticəsində baş verib. 
Araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/abs-da-idareetmeni-itiren-surucu-22-neferi-yaralayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR