Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Azərbaycandan ekstradisiya edilən mafiya başçısı Ankarada həbs edildi - FOTO

Azərbaycandan ekstradisiya edilən mafiya başçısı Ankarada həbs edildi - FOTO

Date: 31 October 2016 10:54

 

Türkiyədə 10 ildir, axtarışda olan mütəşəkkil cinayətkar dəstənin başçılarından biri Ankarada yaxalanıb.

 

APA-nın “Sabah”a istinadən verdiyi xəbərə görə, “Söyləməz qardaşları” adlı dəstənin başçısı Mehmet Sena Söyləməz Sincan rayonunda saxta Milli İstihbarat (Kəşfiyyat) Təşkilatının (MİT) vəsiqəsi ilə ələ keçib.

 

Hərbi həkim olan Mehmet Sena Söyləməz və istefada olan hərbçi Faysal Söyləməz qardaşlarının rəhbərlik etdiyi mafioz dəstə onlarla cinayətdə təqsirləndirilib. Onların və dəstənin digər üzvlərinin haqqında dəfələrlə həbs qərarı verilib.

 

Qeyd edək ki, dəfələrlə məhkum olunan Söyləməz qardaşları 2004-cü ildə İraqa qaçıblar. İş adamlarından təhdid yolu ilə pul topladıqları müəyyənləşən qardaşlar İraqda saxlanılsalar da, sonradan sərbəst buraxılıblar. İnterpol vasitəsi ilə axtarışa verilən Söyləməzlər daha sonra Azərbaycanda tutularaq, Türkiyəyə ekstradisiya ediliblər. Lakin Türkiyəyə göndəriləndən sonra müəmmalı şəkildə azadlığa buraxılıblar. Bundan bir müddət sonra isə barələrində yenidən axtarış elan olunub.

 

1996-cı ildən indiyədək üstü açılmayan müxtəlif cinayətlərdə şübhəli bilinən qardaşlardan biri Ankarada yaxalansa da, Faysal Söylməzin axtarışı davam edir.

 


Tags:  Azərbaycandan ekstradisiya edilən mafiya başçısı Ankarada həbs edildi FOTO


RƏYLƏR


Top news