Ötən həftə kim nə dedi? - sitatlar

Ötən həftə kim nə dedi? -  sitatlar
10:56 31 Oktyabr 2016
51 Şou
Ölkə mətbuatı
A- A+

Axşam.az saytı geridə qoyduğumuz həftədə tanınmış sənətçilərin çıxışlarından sitatları təqdim edir:

Xalq artisti Aygün Kazımova:
“Namiq bağ evimi əlimdən aldı. Elə insandır ki, hər şeyimi əlimdən aldı. Bunu bərabər etmişdik, amma hamısı Namiqə qismət oldu”.

Əməkdar artist Röya Ayxan: “Çox ehtiraslı, hissiyatlı, hər şeyi bir anda yaşayan qadınam. Onu çox sevirəm. Niyə uzadırsan bu məsələni? Gəl barışaq, bitsin”.

Xalq artisti Fəxrəddin Manafov: “Fuad Poladovun getməsi Azərbaycan teatrına, Akademik Milli Dram Teatrına böyük zərbədir. Əgər o gedirsə, bu teatrda kim qalacaq?”.

Müğənni Niyam Salami: “Qohumumla ailə qurub, ayrılmışam. Aramızda anlaşılmazlıq olub. Övladımız dünyaya gəlməli idi, amma ana bətnində tələf oldu. Mübahisələr də buna görə başladı. Bir dəfə də nişanlandım, sonra ayrıldım. Mən insanlarda hər şeyi dəqiq görmək istəyirəm. Əvvəl anamgilə deyirdim namizəd tapsınlar. Amma indi yox, özüm tapacam”.

“Xəzər Maqazin” verilişinin aparıcısı Çinarə Cəlilova: “Hər bir xanımın özünəməxsus tərzi, gözəlliyi və şarmı olur. Afaq Gəncəli ilə mən tamam fərqli tərzdə olan insanlarıq. İlk növbədə o sarışındır, mən isə "qara qız".

Əməkdar artist Baloğlan Əşrəfov: “Anam sağdır. Amma 20 il əvvəl mahnı oxuyanda zaldakılar ağlayırdı. Elə bilirdilər ki, anam dünyasını dəyişib. Müğənni oxuyanda mahnını yaşamalıdır”.

Prodüser Təranə Səmədova: “Xoşbəxtəm, çünki sevilirəm. Bu günü mənə bəxş edən insanın özünü də, hisslərini də sevirəm. Yaxşı ki, həyatımda var”.

Əməkdar artist Naina İbrahimova: “Həmişə 90-60-90 ölçüdəyəm. Xüsüsu pəhrizim yoxdur, sadəcə az yeyirəm. Bu qədər arıq olmaq genetikdir”.

Müğənni Günel Zeynalovanın atası Rəhman Zeynalov: “İbrahim Tatlıses nişanında Günelə qızıl göndərmişdi”.

Əməkdar artist Tahir İmanov: “Ədalət Şükürov onu parodiya etdiyimiz üçün zalı tərk etmişdi. Müğənni Rəqsanənin prodüseri zəng edib hədə-qorxu gəlmişdi. Milli Bankın sədri Elman Rüstəmov qrim otağına qalxıb yüksək səs tonu ilə etirazını bildirib, əsəbiləşib”.

ATV telekanalının aparıcısı Lalə Azərtaş: “Qadının bacara bilməyəcəyi heç nə yoxdur. Bəzən qadınların fəlakət olduğunu düşünürəm. Gözəl qadınlar isə dəhşətli fəlakətdir”.

Müğənni Gülay Zeynallı: “Mən zəhmət görmüşəm. İndi istəmirəm qızım böyüyəndə düşünsün ki, anam da, atam da tanınmışdır, ərköyün olum”.

Əməkdar artist Almaz Ələsgərli: “Həmişə demişəm ki, mənə nə deyilir deyilsin, amma balalarım haqda danışılmasın. Saytların birində qızımın şəklini qoyublar və pis-pis şeylər yazıblar”.

Aparıcı, aktyor Sərxan Kərəmoğlu: “Bakını tərk etmək məcburiyyətində qaldım. Səhhətimdəki problemi həll etmək və yeni layihələrlə bağlı beynimi yeniləmək üçün bir neçə ay zamana ehtiyacım var”.

Əməkdar artist Mətanət İsgəndərli: “Qızım Ülkərə oğlan bəyəndirə bilmirik. Deyir ki, ailə qururamsa, ömürlük quracam. Bu dəqiqə boşanmaların sayı çoxalıb”.

Prodüser Tarix Əliyev (Tolik): “İşlədiyim müğənnilərin "Space"də görünməsini hər zaman əngəlləyirəm. Əgər hansısa müğənni özünə hörmət etmirsə, bu, onun öz işidir”.

“Dəyirman” qrupunun keçmiş üzvü Elmir: “Məni çox vaxt Robert De Niroya bənzədirlər, bu haqda tez-tez yazırlar. Amma bu fikirlə razı deyiləm".

Rejissor Ülviyyə Könül: “Bu yaxınlarda fəxri ad aldım. Artıq məsuliyyətim artıb, böyük işlərə imza atmalıyam. Şou-biznesdən mədəniyyət sahəsinə keçdim. Həm də yaş öz sözünü deyir, artıq ciddi işlərlə məşğul olmaq vaxtıdır”.

Müğənni Əlikram Bayramov: “Mənim bir övladım var. Ona 3 gün toy etdim. Söz-söhbət yarandı, dedilər, gündə bir toy edir. Bunu pul yığmaq məqsədiylə etməmişdim. Sadəcə, yeganə övladım üçün ürəyimdən keçən formada toy etmək istədim”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60179

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR