Avstriyanın Lints şəhərində keçirilən 24-cü dünya çempionatını Azərbaycan karateçiləri 3 medalla başa vurublar.
Milli.Az Report-a istinadən xəbər verir ki, medallardan biri qızıl, biri gümüş, biri isə bürüncdür.
75 kq çəkidə çıxış edən Rafael Ağayev 5-ci dəfə dünyanın ən güclüsü adına sahib çıxıb. 84 kq-da yarışan Ayxan Mamayev gümüş, 60 kq-da Firdovsi Fərzəliyev isə bürünc medal əldə edib.
Komanda yarışlarının bürünc mükafatı uğrunda görüşdə isə Fransa yığmasına uduzan Azərbaycan millisi 4-cü yerlə kifayətlənib.
Beləliklə, ümumi komanda hesabında Azərbaycan 5-ci, Avropa ölkələri arasında isə 2-ci yerə sahib çıxıb.
Yarışın təntənəli bağlanış mərasimində Dünya Karate Federasiyasının (WKF) prezidenti Antonio Espino Rafael Ağayevə və dünyanın daha 5 ən titullu karateçisinə "Karatenin ən yaxşıları" üçün nəzərdə tutulan hədiyyələr təqdim edib.
Qeyd edək ki, dünya çempionatında 118 ölkədən 1025 idmançı iştirak edib.
Milli.Az