Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Ramil Şeydayevin komandasında maliyyə problemi

Ramil Şeydayevin komandasında maliyyə problemi

Date: 31 October 2016 11:12

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi "Trabzonspor"da idarə heyətinin iclası keçirilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, buna səbəb komandanın cari mövsümdəki uğursuz nəticələri olub.

Sayca 38-ci dəfə baş tutan toplantıda klub rəhbərliyi hesabat verib, həmçinin idarə heyətinə yeni üzvlər seçilib. Bununla yanaşı, məlum olub ki, "Trabzonspor"un hazırda 538 milyon 102 min 706 lirə borcu var. "Bordo-mavililər"in prezidenti Muharrem Usta bu borcun son 5 il ərzində yığıldığını bildirib. İdarə heyətinin üzvləri isə tezliklə "fədakarlıq" kampaniyasına başlatmağı, klubda maaş məsələsinə yenidən baxmağı və transferlərə ciddi pullar ayırmamağı məsləhət görüb. Əks təqdirdə klub avrokuboklara vəsiqə qazanarsa, UEFA tərəfindən ciddi sanksiya ilə üzləşə bilər.
 
Qeyd edək ki, "Trabzonspor" Türkiyə Superliqasının 9 turundan sonra 11 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Milli.Az


Tags:  Ramil Şeydayevin komandasında maliyyə problemi

RƏYLƏR


Top news