Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycanda dövlət tərəfindən ucuz maşınlar satışa çıxarıldı - SİYAHI

Azərbaycanda dövlət tərəfindən ucuz maşınlar satışa çıxarıldı - SİYAHI

Azərbaycanda 14 avtomobil ucuz qiymətə satışa çıxarılır – SİYAHI (13 Mart 2017 14:52)
Dünyanın ən bahalı iti Azərbaycanda satışa çıxarıldı - Maşınla barter edilir - FOTO (13 Mart 2017 12:27)
Taysonun “Ferrari"si satışa çıxarıldı (01 Mart 2017 04:49)

Tarix: 31 Oktyabr 2016 11:12

Azərbaycan Respublikası Əmlak Məsələləri  Dövlət Komitəsi yanında  Hərracların Təşkili üzrə Auksion Mərkəzində həmişə olduğu kimi yenidən ucuz qiymətə avtomobillərin hərracları təşkil olunub.

Milli.Az avtosfer.az-a istinadən bu dəfə 29 noyabrda hərraca çıxarılacaq nəqliyyat vasitələri haqda məlumatları diqqətinizə çatdırır.
Qeyd: 1-2-ci sətirdə Vergilər Nazirliyinin balansında olan nəqliyyat vasitəsi 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır.
3-cü sətirdə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi 5 saylı Xəzinədarlıq İdarəsi balansında olan nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.
4-7-ci sətirdə Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının balansında olan nəqliyyat vasitəsi 2-ci dəfə təkrar hərraca çıxarılır.
8-9-cu sətirdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aztelekom Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan nəqliyyat vasitəsi 2-ci dəfə təkrar hərraca çıxarılır.
Hərraclar Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcək (Zeynal Xəlil küçəsi 11a). Hərracda iştirak etmək üçün hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanılmasına ən gec 3 (üç) bank günü qalanadək təqdim olunmalıdır:
1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd;
2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.

Milli.Az


Teqlər:  Azərbaycanda dövlət tərəfindən ucuz maşınlar satışa çıxarıldı SİYAHI



RƏYLƏR


Top xəbərlər