Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Osloda “Azərbaycan Guşəsi” - fotolar

Osloda “Azərbaycan Guşəsi” -  fotolar

Date: 31 October 2016 11:16

Norveçin paytaxtı Osloda Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Azərbaycanla bağlı fotosərgi keçirilib.

Axşam.az xəbər verir ki, müstəqilliyin 25-ci il dönümünə həsr edilmiş sərgidə ölkənin tarixinə, təbiətinə, mədəniyyətinə, gənclərinə və tolerantlığına həsr olunmuş fotolar təqdim olunub. Sərgidə Norveç Azərbaycanlıları Gənclər Təşkilatı və Oslo Azərbaycan Evinin dəstəyi ilə Azpress xəbər saytınin foto-müxbir (redaktor müavini) - Rüstəm İsmayılovun müəllifi olduğu fotolar nümayiş olunub.

Sərgidə Rüstəm İsmayılovun 25 əsəri tədbirin iştirakçılarına təqdim olunub. Foto-müxbir R. İsmayılovun sərgisi 23 təşkilatı özündə birləşdirən Saqenə Könüllülər mərkəzində 31 oktyabra qədər davam edəcək.







Tags:  Osloda Azərbaycan Guşəsi fotolar

RƏYLƏR


Top news