Mərc oyunlarına vergi güzəşti edilməsinin səbəbi nədi? - ŞƏRH

Mərc oyunlarına vergi güzəşti edilməsinin səbəbi nədi? -   ŞƏRH
11:27 31 Oktyabr 2016
61 İdman
Ölkə mətbuatı
A- A+

"Cəmi bir əvvəl idman mərc oyunlarından əldə edilən gəlirləri vergiyə cəlb edən parlament "səhvini" düzəldərək onu yenidən vergidən azad etdi. Əlbəttə soruşan olmadı ki, niyə cəlb edirdik, niyə azad edirik". 


Fanat.Az xəbər verir ki bu sözləri iqtisadçı ekspert Samir əliyev mərc oyunlarına edilən vergi güzəştinə münasibət bildirərkən deyib.


Samir Əliyev bildirib ki, hökumət adətən inkişafını istədiyi sahəyə vergi güzəşti edir: "Necə ki kənd təsərrüfatının, əmanət bazarının inkişafında maraqlı olduğu üçün həmin sahələrdə analoji addım atıldı". 


Ekspertin fikrincə, mərc oyunlarına güzəşt hökumətin mədəni "qumar"ın oyunu çiçəklənməsində maraqlı olması görüntüsü yaradır: "Halbuki vergi güzəştinə ehtiyacı və inkişafı vacib olan xeyli sahələr var. Büdcənin ağır günündə, əlavə gəlir mənbələrinə ehtiyac olduğu bir vaxtda mərc oyunlarına dəstək vermək anlaşılan deyil və bunun insanların həyat səviyyəsinə faydasının nədən ibarət olduğu görünmür".


Fanat.Az 


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-mrc-oyunlarna-vergi-guzti-edilmsinin-sbbi-ndi-t53765.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR