Putin və Ərdoğan Suriyanın yeni xəritəsini hazırladı

Putin və Ərdoğan Suriyanın yeni xəritəsini hazırladı
11:38 31 Oktyabr 2016
67 Dünya
Ölkə mətbuatı
A- A+

Ankara və Moskva Türkiyəni Mosul əməliyyatından kənarda saxlamaq istəyən və PYD/PKK terror təşkilatı ilə əməkdaşlıq edən ABŞ-a qarşı birgə mübarizə aparacaq.

Publika.az xəbər verir ki, bu haqda Türkiyənin “Yeni Şafak” nəşri bildirib.

İddiaya görə, məqsəd İraqın Əl-Bukemal və Yarubiye sərhəd qapılarından başlayaraq, Suriyanın Haseke, Qamışlı, Tel Abyad, Ayn əl-Arab, Cerablus, Çobanbəy, Azez və Afrinin daxil edildiyi “terror xətti” layihəsinə mane olmaqdır. Nəşr bildirir ki, Ankara və Moskva yeni bir xəritə üzərində razılaşıblar.

“Yeni Şafak”a danışan mənbələrə görə, Hələbdən başlayaraq İdlip, Lazkiye, Rakka, Haseke və Deyr Zor bölgələrinin daxil edildiyi layihə müharibədən əvvəlki demoqrafik quruluş əsas götürülərək həyata keçiriləcək.

Mənbələr bildirir ki, Ankara və Moskva Haseke, Tel Abyad, Afrin və Ayn əl-Arapda PYD-nin (PKK terror təşkilatının Suriya qolu –red.) “kanton”, “federasiya” və yaxud da “muxtar bölgə” adı altında hansısa yerli idarəçiliyinə imkan verməyəcək. Razılaşmaya görə, Əsəd rejimi Lazkiye və Tartusda suverenliyini gücləndirəcək. Putin “Ən-Nusra” Cəbhəsi və “Ahrar'uş Şam” kimi qrupların Hələbdən çıxarılmasında israr edir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/174132.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR