Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Akif Əlizadə növbəti tədris ilində olacaq yeniliklərdən danışdı

Akif Əlizadə növbəti tədris ilində olacaq yeniliklərdən danışdı

Date: 31 October 2016 11:43

Növbəti tədris ilində Azərbaycan Milli Elmlər Akademiyasına 100-dən artıq magistr qəbul olunacaq.

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə II Elm Festivalında çıxışı zamanı deyib.

Artıq bu barədə sifariş verdiklərini qeyd edən A.Əlizadə magistrlərə yaradılan imkanlara da toxunub: “Ötən il onların sayı 75 olmuşdu. Akademiyada magistratura pilləsinə daxil olanlara birbaşa laboratoriyalarda işləmək imkanı yaradılıb. Bu da akademiyada gənc elmi kadrların hazırlanmasının və düzgün istiqamətləndirilməsinin bir hissəsidir. Hesab edirəm ki, Təhsil Nazirliyi ilə bizim şərikli işlərimiz gənclərin yetişdirilməsində xüsusi əhəmiyyət daşıyır”.

Gülxar


Tags:  Akif Əlizadə növbəti tədris ilində olacaq yeniliklərdən danışdı

RƏYLƏR


Top news