BAEA Qazaxıstanın nüvə infrastrukturunu dəyərləndirəcək

BAEA Qazaxıstanın nüvə infrastrukturunu dəyərləndirəcək
11:47 31 Oktyabr 2016
32 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 31 oktyabr. REPORT.AZ/ Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nümayəndələri Qazaxıstanın nüvə infrastrukturunu dəyərləndirəcək.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın energetika nazirinin müavini Bakıtjan Caksaliyev məlumat verib.
Belə ki, oktyabrın 31-dən noyabrın 7-dək Astanada BAEA-nın nümayəndələri və ekspertlərinin iştirakı ilə Qazaxıstanın nüvə infrastrukturunun kompleks icmalı üzrə missiya baş tutacaq.
B.Caksaliyev atom-energetika inkişaf proqramları və reallaşdırılan nüvə infrastrukturu proqramları, o cümlədən sənayedə nüvə texnologiyasından istifadə üzrə Qazaxıstana obyektiv qiymət veriləcəyini ümid etdiyini bildirib.

Xəbərin orijinal ünvanı: http://report.az/region/baea-qazaxistanin-nuve-infrastrukturunu-deyerlendirecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR