Stiven Cerrard yenidən Avropada?

Stiven Cerrard yenidən Avropada?
11:57 31 Oktyabr 2016
42 İdman
Ölkə mətbuatı
A- A+

Stiven Cerrard Avropaya qayıda bilər. Fanat.Az xəbər verir ki, hazırda ABŞ-ın "Los Anceles Qalaksi" klubunda çıxış edən ulduz futbolçu "köhnə qitə"də icarə əsasında çıxış etmək istəyir.


Belə ki, MLS liqasında noyabrın 6-dan sonra fasilə yaranacaq. Uzun müddətli fasilə səbəbindən bu çempionatda çıxış edən bir sıra futbolçular Avropaya üz tutur. Analoji addımı atmaq niyyətində olan Cerrard da bir neçə ay Avropada icarə əsasında forma geyinmək niyyətindədi.


Hələlik onun hansı klubda oynayacağı bilinmir. Cerrard İngiltərə Premyer Liqasında əfsanəyə çevrildiyi "Liverpul"dan başqa heç bir klubda oynamaq niyyətində deyil. "Qırmızılar"ın isə onun xidmtində maraqlı olub-olmadığı bilinmir.


Qeyd edək ki, Cerrard 7 yaşında - 1987-ci ildə "Liverpul"da futbolun sirrlərini öyrənməyə başlayıb və 2015-ci ilə qədər komandanın formasını geyinib. Bu komandadakı 28 illik karyerasının 17 ilini əsas heyətdə keçirib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-stiven-cerrard-yenidn-avropada-t53767.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR