Viran qalmış kilsədə, iki il sonra... - FOTO

Viran qalmış kilsədə, iki il sonra... - FOTO
11:57 31 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Darmadağın olmuş, viran qalmış, divarları hislə örtülmüş kilsəyə yığışan xristianlar iki ildən sonra ilk dəfə ibadət edirlər.

Onlar Qaraquşdakı Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi Kilsəsinə toplaşıblar.

Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, İraqın böyüklüyünə görə ikinci şəhəri Mosul 2014-cü ilin iyun ayında İŞİD-in əlinə keçəndən sonra kilsə yandırılmışdı.

İndi kilsənin dağılmış qübbəsindən görünən səmanın altında yerli xristianlar bir araya gələrək dua edirlər.

Onların arasında əl Qərayya şəhərindən olanlar da var.

İraqdakı xristianlığın 2 min il yaşı var.

2003-cü ilədək, İraq ABŞ tərəfindən işğal edilənədək bu ölkədə təqribən 1,5 milyon xristian yaşayırdı. İndi iraqlı xristianların sayını kimsə bilmir. Amma o bəllidir ki, İraqda xristianların sayı həddən ziyadə azalıb.

Milli.Az
























Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/484710.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR