Braziliya Milli Konqresinin Deputatlar Palatasının sədri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Braziliya Milli Konqresinin Deputatlar Palatasının sədri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
12:07 31 Oktyabr 2016
18 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycanda səfərdə olan Braziliya Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Maya Fəxri xiyabanı ziyarət edib.
"Report"un məlumatına görə, R.Maya ümumilli lider Heydər Əliyevin məzarı qarşısında əklil qoyub. 
Görkəmli oftolmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.
Braziliya Milli Konqresinin Deputatlar Palatasının sədri həmçinin Şəhidlər xiyabanı da ziyarət edib, Əbədi məşəl kompleksi qarşısına əklil qoyub.
R.Maya jurnalistlərə açıqlamasında deyib ki, Braziliya Azərbaycanla münasibətləri, xüsusi ilə ticarət sahəsində əlaqələri inkişaf etdirməkdə maraqlıdır.
Bakı ilə Rio-de-Janeyro qardaşlaşmış şəhərlər olduğunu xatırladan R.Maya Azərbaycana səfərindən məmnun olduğunu vurğulayıb.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/braziliya-milli-konqresinin-deputatlar-palatasinin-sedri-fexri-ve-sehidler-xiyabanlarini-ziyaret-edi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR