Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İtaliyada ən güclü zəlzələ oldu: iki şəhər viran qalıb - FOTO

İtaliyada ən güclü zəlzələ oldu: iki şəhər viran qalıb - FOTO

Date: 31 October 2016 12:12

Dünən İtaliyanın mərkəzi əyalətlərində daha bir zəlzələ olub

Milli.Az RaiNews24-ə istinadən bildirir ki, Avropa Aralıq Dənizi Seysmologiya Mərkəzinin (EMSC) verdiyi məlumata görə, yeraltı təkanlar Rixter şkalası ilə 7,1 bal gücündə olub. Zəlzələnin episentri 10 km dərinlikdə idi.

Marka və Umbriya vilayətlərindəki təkanların gücü o qədər böyük olub ki, paytaxt Romada evlər silkələnib.

Ussita qəsəbəsi viran qalıb. Norça şəhərində iki qədim kilsə dağılıb. Akausanta Terme şəhərində də ciddi dağıntılar var.

Romada metronun işli dayandırılmışdı.

İtaliyanın baş naziri Matteo Rensinin dediyinə görə, ölkə 1980-ci ildən bəri ən güclü zəlzələyə məruz qalıb.

"Zəruri tədbirlər üçün bu gün hökumət toplantı keçirəcək. Vəd edirəm ki, evləri, kilsələri, ticarət mərkəzlərini bərpa edəcəyik", - M.Rensi deyib.

Avqustun 24-dəki zəlzələdə 300 nəfərin həlak olduğu Amatriçe şəhərini də zəlzələ vurub. Şəhərdə 13-cü əsrdə inşa edilmiş saat qülləsi dağılmayıb.

Milli.Az








Tags:  İtaliyada güclü zəlzələ oldu iki şəhər viran qalıb FOTO

RƏYLƏR


Top news