“Uzuncorab Pippi” tamaşasının premyerası oldu

“Uzuncorab Pippi” tamaşasının premyerası oldu
12:13 31 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

2016-cı il oktyabr ayının 30-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində İsveç uşaq ədəbiyyatının ən məşhur nümayəndəsi Astrid Lindqrenin “Uzuncorab Pippi” səhnə əsərinin premyerası olub. A.Lindqren eyni zamanda “Damda yaşayan Karlsson”, “Lönneberqalı Emil”, “Madiken”, “Robberin qızı Ronya” və s. əsərlərin də müəllifidir.

İlk dəfə azərbaycan dilində nümayiş olunan “Pippi” tamaşası Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, İsveç Krallığının Azərbaycandakı Səfirliyi və Azercell şirkətinin birgə layihəsinin məhsuludur.

Sözügedən teatr layihəsi bu ilin əvvəlində Səfirlik, Azercell şirkəti və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə kitab layihəsinin davamı olaraq təqdim olunur. Belə ki, qeyd olunan kitab layihəsi çərçivəsində Astrid Lindqrenin əsərlərindən ibarət 9 ədəd uşaq kitabı azərbaycan dilinə tərcümə edilərək nəşr olunmuş və 610 qaçqın məktəbinin kitabxanalarına hədiyyə edilmişdir.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarında olan “Balaca və damda yaşayan Karlsson” tamaşası istisna olmaqla, demək olar ki, bu layihəyə qədər Astrid Lindqrenin əsərləri azərbaycan dilində mövcud deyildi.

Astrid Lindqrenin səhnə əsərinin əsl ruhunu əks etdirmək məqsədilə, səfirlik İsveçin tanınmış teatr rejissoru Ronny Danielssonu tamaşanın hazırlanması prosesinə cəlb etmişdir. Azercellin pay sahiblərindən olan Telia şirkətinin maliyyə dəstəyi ilə Ronny Danielsson iki dəfə Bakıya səfər etmiş, Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti ilə görüşüb, “Uzuncorab Pippi” əsərinin məşqlərində yaxından iştirak etmişdir.

Layihə tərəfdaşları Astrid Lindqren yaradıcılığını geniş Azərbaycan auditoriyasına təqdim etməklə hər bir uşağın cəmiyyət üçün əhəmiyyəti və onun kamil bir şəxsiyyət kimi formalaşmasının vacibliyini diqqətə çatdırır. Doğrudan da, uşaqlar istər Azərbaycan, istər İsveç, eləcə də digər ölkə vətəndaşlarının həyatında ən böyük sevincdir və Astrid Lindqren öz yaradıcılığında uşaqların orijinal yaradıcılıq qabiliyyətini ən yüksək səviyyədə təsvir edir.

Səfirlik eyni zamanda, Azərbaycan uşaq ədəbiyyatının daha geniş auditoriyaya təqdim edilməsi istiqamətində addımlar atmaqdadır ki, buna misal olaraq, Azərbaycanın müvafiq qurumlarının Astrid Lindqrenin xatirəsinə həsr olunmuş dünyanın ən nüfuzlu beynəlxalq uşaq ədəbiyyatı mükafatına namizəd təqdim edə bilən təşkilatların siyahısına düşməsinə köməklik edilməsini göstərmək olar.

“Uzuncorab Pippi” tamaşası Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bədii şurasının qərarı ilə teatrın repertuarına daxil edilmiş və 2016-cı il oktyabr ayından etibarən noyabr ayındakı orta məktəb tətili də daxil olmaqla iki həftədən bir Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında nümayiş olunacaqdır.










RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Telefondan silinən şəkilləri yenidən necə qaytarmaq olar? - İZAH - FOTO

30 Aprel 2017 21:06

Zarafatı ölümlə nəticələndi

30 Aprel 2017 21:06

Serialdan sonra məşhurlaşan 49 yaşlı xanım - FOTO

30 Aprel 2017 21:05

Müğənni açıq-saçıq reklama çəkildi - VİDEO - FOTO

30 Aprel 2017 21:05

Namazı bilməyərəkdən vaxtı çıxandan sonra qılsaq, o namaz sayılırmı?

30 Aprel 2017 20:57

Nazarov fərqləndi, komandası qələbə qazandı

30 Aprel 2017 20:57

Uşaqlara veriləcək adlar necə olmalıdır?

30 Aprel 2017 20:52

Səfir: Azərbaycan və Ukrayna rəqabət aparmır, bir-birini tamamlayırlar

30 Aprel 2017 20:50

Türkiyədə terror hazırlayan 6 nəfər tutuldu

30 Aprel 2017 20:49

Şirkətdən oğurluq edən dəstə zərərsizləşdirildi

30 Aprel 2017 20:48

Şəban ayının qızıldan qiymətli 4 əməli

30 Aprel 2017 20:47

İstanbulda 1 may öncəsi əməliyyat

30 Aprel 2017 20:47

Dərinin göbələk xəstəlikləri

30 Aprel 2017 20:42

Suriyaya aviazərbələr

30 Aprel 2017 20:39

Ölən körpəyə dua

30 Aprel 2017 20:37

Məşhur aktrisa doğum günündə sərxoş oldu - FOTO

30 Aprel 2017 20:37

“Bakı Marafonu-2017” - FOTOLAR

30 Aprel 2017 20:33

Realiti-şou ulduzu hamilədir - FOTO

30 Aprel 2017 20:32

Vkontaktın qurucusu Pavel Durovla müsahibə - FOTO

30 Aprel 2017 20:32

Bugatti Veyron haqqında maraqlı faktlar - FOTO

30 Aprel 2017 20:27

Konyunktivit və onun növləri

30 Aprel 2017 20:22

Şiə məzhəbində də cümə namazının qeydsiz-şərtsiz qılmaq gərərkdir?

30 Aprel 2017 20:17

Ukrayna sutka ərzində 1 hərbçisini itirib, 6-sı yaralanıb

30 Aprel 2017 20:17

Infiniti-dən böyük krossover - FOTO

30 Aprel 2017 20:12

Pendir hansı xərçəng növündən qoruyur?

30 Aprel 2017 20:12

Ərdoğandan “Nədən bu qədər populuyarsınız” sualına cavab

30 Aprel 2017 20:05

Tayqerin yeni sevgilisi var - FOTO

30 Aprel 2017 20:05

Yer üzünün ən xoşbəxt və seçilmiş xalqları haqqında DÖRD MÜHÜM SİRR

30 Aprel 2017 20:03

Nəhl surəsinin 63-cü ayəsində Allah nə üçün özünə and içir?

30 Aprel 2017 19:57

DİM: İmtahanın nəticələri yaxın 4 gün ərzində elan ediləcək

30 Aprel 2017 19:53

Bəqərə surəsi 217-ci ayəsi dindən dönənlərin öldürüləcəyini deyir?

30 Aprel 2017 19:52

Hər gün istifadə etdiyimiz şeyləri görün kimlər YARADIBMIŞ... - FOTOLAR

30 Aprel 2017 19:52

«Bakı Marafonu 2017»dən maraqlı fotolar

30 Aprel 2017 19:50

"II və III ixtisas qruplarının imtahanın nəticələri yaxın 4 gün ərzində elan ediləcək"

30 Aprel 2017 19:48

Azərbaycan futbol yığmasının İslamiada üçün yekun heyəti açıqlanıb

30 Aprel 2017 19:47

Ölüb dirilən uşağın İNANILMAZ NİTQİ: "İsanın ovucunda qırmızı..." - FOTOLAR

30 Aprel 2017 19:47

Tramp 100 illik ənənəni pozub

30 Aprel 2017 19:42

Hər xeyirli meyvə-tərəvəz xeyirli deyil?

30 Aprel 2017 19:42

Özbaşına dərman qəbulu gözə ziyan verə bilər

30 Aprel 2017 19:42

Roma derbisində dramatik sonluq - VİDEO

30 Aprel 2017 19:38

Məşhur alpinist donaraq öldü

30 Aprel 2017 19:37

Şəhərə köçsələr də, kənddən qurtula bilmədilər - FOTO

30 Aprel 2017 19:37

Dəfn mərasimində qadınlar iştirak edə bilər?

30 Aprel 2017 19:37

"Formula-1" üzrə Soçi Qran-Prisinə yekun vurulub

30 Aprel 2017 19:37

Bottas “Formula-1” üzrə Soçi Qran-prisində qalib gəldi

30 Aprel 2017 19:32

Öz məhsullarını vücudu ilə reklam etdi - FOTO

30 Aprel 2017 19:32

Amerikaya turist vizasını necə almaq olar ? – SƏNƏDLƏR

30 Aprel 2017 19:32

Maserati Levante təkmilləşdi - FOTO

30 Aprel 2017 19:27

Rövşən Lənkəranski haqda film çəkiləcək

30 Aprel 2017 19:27

38 yaşlı kişinin meyiti tapıldı

30 Aprel 2017 19:24