Nazir: "Gələcəyin necə olacağını dəqiq bilmirik"

Nazir: "Gələcəyin necə olacağını dəqiq bilmirik"
12:17 31 Oktyabr 2016
131 Ölkə
Ölkə mətbuatı
A- A+

İkinci Azərbaycan Elm Festivalının açılış mərasimi keçirilib.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, festivalda AMEA-nın prezidenti Akif Əlizadə, təhsil naziri Mikayıl Cabbarov və digərləri iştirak edirlər.

Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, 1990-ci ildə 25 ali təhsil məktəbi var idisə, 2016-ci ildə bu rəqəm 53 olub. Nazir bildirib ki, bu il ali məktəbə daxil olan tələbələrin sayı artıb. 

"2016-cı ildə unversitetə daxil olanların sayı 1990-cı ilə nisbətən 2 dəfə artıb. Hazırda təhsilmizdə inkişaf var və bu inkişaf davam edir. Gələcəyin necə olacağını dəqiq bilmirik". 

Mikayıl Cabbarov qeyd edib ki, bu gün davamlı inkişafda təhsil və elm böyük rol oynayır.

Festivalda son illər ölkə alimlərinin dünyada qəbul olunan elmi nailiyyətləri nümayiş etdiriləcək. Gənc alimlərin elmin müxtəlif sahələri üzrə çıxışları, yaradıcılıq emalatxanaları və interaktiv sərgilərlə tanışlıq, ekskursiyalar, müsabiqələr, yeni elmi nailiyyətləri özündə əks etdirən məruzələr, cəlbedici elmi şoular, Akademiyanın müəssisə və təşkilatlarına aid elmi-populyar filmlərin nümayişi nəzərdə tutulur.

Tədbirdə yeni elmi texnologiya və innovativ nailiyyətlər də təqdim olunacaq. Ölkədə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri, eləcə də Akademiyanın institut və təşkilatları öz elmi nəticələrini nümayiş etdirəcəklər.

Qeyd edək ki, noyabrın 5-dək Bakı ilə yanaşı, Naxçıvan, Sumqayıt, Şəki və Gəncə şəhərlərində keçiriləcək festival AMEA-nın təşkilatçılığı, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Prezident yanında Bilik Fondu, Prezident yanında Elmin İnkişafı Fondu, ABŞ-ın Azərbaycandakı səfirliyi və Moskva Dövlət Universitetinin təşkilati dəstəyi ilə baş tutacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/484786.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR