Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı aparıcının keçmiş əri: "Qızımıza görə..."

Azərbaycanlı aparıcının keçmiş əri: "Qızımıza görə..."

Date: 31 October 2016 12:21

Aparıcı Könül Muxtarova və keçmiş həyat yoldaşı, aktyor Elçin Məmmədov “Tezdən oyan” verilişində üz-üzə gəlməsinə münasibət bildirib.

Axşam.az-ın məlumatına görə, aktyor “Bəyəndim” verilişinə açıqlamasında məsələ ilə bağlı bunları deyib:

“Kişi keçmişiylə bağlı danışmamalıdır. Könül qızım İncinin anasıdır. Biz tək verilişdə yox, həyatda da qızımıza görə üz-üzə gəlirik. Mən övladımı görmək istəyirəm, məcbur anasıyla gəlir. Buna etiraz da etmirəm. Biz nə mehriban, nə də düşmənik. Könül xanım da, mən də bilirdik ki, verilişə qatılacağıq. İstəməsək, əvvəlcədən etiraz edib, buna şərait yaratmazdıq”.

K.Muxtarova bildirib ki, buna normal yanaşıb və heç bir həyəcan yaşamayıb:

“Efirimdə hər kəs qonaq ola bilər. Keçmiş həyat yoldaşım aktyordu, filmdə rol alıb. Bu məsələdə mənə ailəsindən ayrılanlar haqq qazandıracaq. Efir adamıyıqsa, problem yaşamamalıyıq. Sevgi ilə qurulan ailə alınmadı, müasir insanlar kimi ayrıldıq. Balaca qızımız var. Qızımız İnciyə görə hərdən bir araya gəlirik. Mən “O insan gözümə görünməsin” fikrində deyiləm. Heç efirdə şəxsi həyatımız yadıma düşmədi. Efir məsuliyyəti daha üstün idi”.


Tags:  Azərbaycanlı aparıcının keçmiş əri Qızımıza

RƏYLƏR


Top news