Xaçatryan: "Sərkisyan rejimi soyqırım törədir"

Xaçatryan: "Sərkisyan rejimi soyqırım törədir"
12:27 31 Oktyabr 2016
54 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanda bu gün daha ağır soyqırım həyata keçirilir, nəinki 1915-ci il hadisələrində.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu fikirləri erməni mediasına Moskvada yaşayan müstəqil hüquq müdafiəçisi, erməni politoloq Arbak Xaçatryan bildirib. Onun sözlərinə görə, bu gün Ermənistanda insanlar yerli köstəbəklərə qarşı mübarizə apara bilmirlər:
 
"Ona görə də insanlar xaricə üz tuturlar ki, bir neçə qəpik qazanıb ailələrini dolandırsınlar. Bu, 1915-ci il hadisələri ilə müqayisədə daha ağır soyqırımdır. Yəni o zaman insanlar ölkədən qorxub qaçırdılar ki, dillərini və mədəniyyətlərini qoruyub saxlasınlar. Həm də başqa millətdən qaçırdılar. İndi isə ermənilər yerli talançılardan qaçırlar. Belə bir vəziyyət əhaliyə həddindən artıq pis təsir edir və onlar anlayırlar ki, artıq öz dövlətləri onların düşməninə çevrilib".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/484788.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR