Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu (18 Mart 2017 22:18)
Sabaha olan hava proqnozu (18 Mart 2017 22:17)
Sabah hava yağmurlu olacaq (16 Mart 2017 12:58)

Tarix: 31 Oktyabr 2016 12:32

Bakı. 31 oktyabr. REPORT.AZ/ Bakıda və Abşeron yarımadasında noyabrın 1-də arabir yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, sabah paytaxt və yarımadada gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi axşam arabir güclənəcək.
Havanın temperaturu gecə 6-8° isti, gündüz 9-11° isti, Bakıda gecə 6-8° isti, gündüz 9-11° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 763 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 85-95% təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah arabir yağış yağacağı, bəzi yerlərdə sulu qara, dağlıq və dağətəyi rayonlarda qara keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi gündüz arabir güclənəcək. 
Havanın temperaturu gecə 4-8° isti, gündüz 8-13° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacağı gözlənilir.

Teqlər:  Sabaha olan hava proqnozu açıqlanıb



RƏYLƏR


Top xəbərlər