Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Hava qeyri-sabit keçəcək: Bakıda yağış, rayonlarda qar yağacaq

Hava qeyri-sabit keçəcək: Bakıda yağış, rayonlarda qar yağacaq

Hava qeyri-sabit olacaq (27 Mart 2017 12:49)
Havalar yenidən soyuyur - XƏBƏRDARLIQ (27 Mart 2017 12:42)
Yağış, güclü külək - SABAH (27 Mart 2017 12:39)

Tarix: 31 Oktyabr 2016 12:32

Bakı. 31 oktyabr. REPORT.AZ/ Noyabrın 1-dən 3-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi arabir güclü olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti noyabrın 3-dək davam edəcək. Arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var. 

Teqlər:  Hava qeyri-sabit keçəcək Bakıda yağış rayonlarda qar yağacaq



RƏYLƏR


Top xəbərlər