Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Avroliqanın finalında oynayan klubun 6 xalı silindi

Avroliqanın finalında oynayan klubun 6 xalı silindi

UEFA-dan türk və yunan azarkeşlərə qadağa (01 Mart 2017 20:44)

Tarix: 31 Oktyabr 2016 12:33

2015-ci ildə Avropa Liqasının finalında oynamışdı. Bu gün isə borc bataqlığında üzür. Söhbət Ukraynanın “Dnepr” futbol klubundan gedir.

Publika.az xəbər verir ki, FİFA İntizam Komitəsi 2010-2014-cü illərdə komandaya baş məşqçilik edən Xuande Ramosun 1,4 milyon dollarlıq borcunu ödəmədiyi üçün “Dnepr”in Ukrayna Premyer Liqasındakı hesabından 6 xal silib. Klubun bu gün “Fiorentina”da forma geyinən sabiq futbolçusu Nikola Kaliniçə də 350 min dollar borcu var. Buna görə “Dnepr”in aktivindən daha 6 xal silinə bilər.

Ukrayna mətbuatının yazdığına görə, “Dnepr”i Avroliqanın finalına çıxaran baş məşqçi Miron Markeviçin də klubdan 1,7 milyon dollar alacağı var. Ukraynalı mütəxəssis yerli federasiyanın bu məsələni yoluna qoymayacağı təqdirdə UEFA-ya müraciət edəcək.

Ümumilikdə isə Dnepropetrovsk təmsilçisinin sabiq və anlaşmaları davam edən futbolçulara olan borcu 20 milyon dollara çatıb.

Xatırladaq ki, 2014/15 mövsümündə “Dnepr” məhz “Qarabağ”ın da yer aldığı qrupdan çıxmışdı. Yadınızdadırsa, qrupun son oyununda “İnter”lə (İtaliya) Bakıdakı oyunda “Qarabağ”ın son dəqiqələrdə vurduğu qol sayılmadığı üçün yoluna “Dnepr” davam etmişdi.

Pərviz Hikmət


Teqlər:  Avroliqanın finalında oynayan klubun xalı silindi



RƏYLƏR


Top xəbərlər