Rektor: "600-dən yuxarı bal toplayan tələbələr 1-ci kursdan elmi işə cəlb olunurlar"

Rektor: "600-dən yuxarı bal toplayan tələbələr 1-ci kursdan elmi işə cəlb olunurlar"
12:42 31 Oktyabr 2016
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Dövlət Universitetinə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq qəbul olan tələbələr artıq 1-ci kursdan etibarən elmi iş yazmağa başlayıblar.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu BDU-nun rektoru Abel Məhərrəmov II Azərbaycan Elm Festivalının açılış mərasimində deyib.

Rektor bildirib ki, bununla elmlə təhsilin vəhdətinin yaradılması təmin edilir.

A.Məhərrəmov hesab edir ki, bu, təhsilin elmə inteqrasiyasını daha da gücləndirməlidir: "600-dən aşağı bal toplayanlar isə elmi iş yazmaq məsələsində sərbəstdilər. Amma məsələ bundadır ki, 600-dən yüksək bal toplayanlara nisbətən 600-dən aşağı bal toplayanlar buna daha çox həvəs göstərirlər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/484807.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR