Nazirlik əməkdaşı ehtiyatsızlıqdan güllə yarası alıb

Nazirlik əməkdaşı ehtiyatsızlıqdan güllə yarası alıb
12:44 31 Oktyabr 2016
35 Digər
Ölkə mətbuatı
A- A+

 

Daxili İşlər Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Saatlı rayonundakı ərazi şöbəsinin əməkdaşının güllələnməsi ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, oktyabrın 30-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Saatlı rayonundakı ərazi şöbəsində məsləhətçi-müfəttiş işləyən Kərim Səlimov ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən xəsarət almış və o, xəstəxanaya yerləşdirilib.

 

Saatlı RPŞ əməkdaşları tərəfindən hadisə yerindən "İJ-27" markalı tüfəng götürülüb.

 

Araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258146

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR