Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Ağdamda piyada əleyhinə mina aşkarlanıb

Ağdamda piyada əleyhinə mina aşkarlanıb

Lənkəranda silah-sursat tapılıb. (23 Mart 2017 18:33)
Lənkəranda tank əleyhinə silah və raket tapıldı - FOTO (23 Mart 2017 17:47)
Lənkəranda tank əleyhinə silah və raket tapıldı (23 Mart 2017 17:42)

Tarix: 31 Oktyabr 2016 12:47

Bakı. 31 oktyabr. REPORT.AZ/ Ağdam rayonunun Qaradağlı kəndində 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilib.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) “Report”a verilən məlumata görə, rayonun Qaradağlı kəndində 1 əkin sahəsinə baxış keçirilib, 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilərək götürülüb.
ANAMA tərəfindən nəticə olaraq 5 min kv.m ərazi yoxlanılıb.
Ümumilikdə Agentlik aprelin 7-dən oktyabrın 31-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 649 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi və 1 çınqıl karxanası ərazisinə baxış keçirib, 3 947 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 2 ədəd piyada əleyhinə mina (OZM-72), 2 ədəd “siqnal minası” və 42 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirib.


Teqlər:  Ağdamda piyada əleyhinə mina aşkarlanıb



RƏYLƏR


Top xəbərlər