"Neftçi" klubuna 3 yeni futbolçu cəlb olunacaq

"Neftçi" klubuna 3 yeni futbolçu cəlb olunacaq
12:52 31 Oktyabr 2016
18 İdman
Ölkə mətbuatı
A- A+

"Neftçi" klubunda əvəzedici heyətə göndərilmiş futbolçuların əvəzinə yeni oyunçular cəlb olunacaq.

Milli.Az bildirir ki, bu barədə "Report"a komandanın baş məşqçisi Elxan Abdullayev məlumat verib.

46 yaşlı mütəxəssis Bakı "İnter"i ilə Azərbaycan Premyer Liqasının XI tur matçının hazırlıq prosesinə əvəzedici heyətdən 3 futbolçunun çağırılacağını bildirib. O, həmin oyunçulardan yalnız hücumçu İbrahim Əliyevin adını çəkib: "İbrahimin cəmi 17 yaşı olsa da, onun nə komandadan kənarlaşdırdığımız Katalin Tira, nə də əvəzedici heyətə göndərdiyimiz Denilson Pereyradan geri qaldığını düşünürəm".

Qeyd edək ki, "Neftçi" X turda "Qəbələ"yə 1:4 hesablı məğlub olduqları oyundan sonra 5 futbolçusunu əvəzedici heyətə göndərib. Bunlar qapıçı Krşevan Santini, müdafiəçilər Jayro Rodriges, Vançe Şıkov, Dario Melnyak və hücumçu Denilson Pereyradır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/484784.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR