Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Piyada keçidində hamilə qadını avtomobil vurub, sürücü qaçıb

Piyada keçidində hamilə qadını avtomobil vurub, sürücü qaçıb

Date: 31 October 2016 12:52

Avtomobil idarə edən şəxsin sürücülük vəsiqəsi olmadığı aşkarlanıb
Bakı. 31 oktyabr. REPORT.AZ/ Abşeron rayonunda yolu piyada keçidi ilə keçən qadını avtomobil vurub.
"Report"un xəbərinə görə, hadisə Saray qəsəbəsi Mikayıl Müşviq küçəsində qeydə alınıb.
Həmin küçədə piyada keçidi ilə hərəkət edən Əliyeva Elnarə Əlisəttar qızını "QAZ 31029" markalı avtomobil vuraraq ərazidən uzaqlaşıb.
Ağır xəsarət alan E.Əliyeva Sumqayıt Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Məlum olub ki, E.Əliyeva altı aylıq hamilədir və onun körpəsi tələf olub. Qadının vəziyyəti ağırdır.
Abşeron Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları piyadanı vurub qaçan şəxsin 10 XH 453 dövlət qeydiyyat nişanlı "QAZ 31 029" markalı avtomobili idarə edən Quliyev Ramil Bahadur oğlu olduğunu müəyyənləşdirib. Məlum olub ki, R.Quliyevin sürücülük vəsiqəsi yoxdur.
Faktla bağlı Abşeron RPİ-də cinayət işi başlanılıb.

Tags:  Piyada keçidində hamilə qadını avtomobil vurub sürücü qaçıb

RƏYLƏR


Top news