Bu ilin sonuna qədər Bakıda Azərbaycan-Moldova hökumətlərarası komissiyasının iclasının keçiriləcəyi gözlənilir

Bu ilin sonuna qədər Bakıda Azərbaycan-Moldova hökumətlərarası komissiyasının iclasının keçiriləcəyi gözlənilir
13:02 31 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycanın baş nazirinin müavini Yaqub Eyyubov Minskdə keçirilən MDB Hökumət Başçıları Şurasındakı iştirakı çərçivəsində Moldovanın baş nazirinin müavini, iqtisadiyyat naziri Oktaivan Kalmıkla görüşüb.
"Report" "NOI.md" portalına istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın aktivləşdirilməsi məsələləri müzakirə olunub.
Bundan əlavə, baş nazirin müavinləri 2016-cı ilin sonuna qədər rotasiyaya əsasən Bakının qəbul etməli olduğu ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Moldova hökumətlərarası komissiyasının keçirilməsinin mümkünlüyünü müzakirə ediblər.
Görüş zamanı, həmçinin Moldova və Avropa İttifaqı arasında dərin və hərtərəfli azad ticarət zonasının yaradılması barədə sazişin yaratdığı imkanlar çərçivəsində ticari-iqtisadi potensialdan istifadə aspektləri, eləcə də MDB çərçivəsində azad ticarət haqqında sazişin müddəalarının tam həyata keçirilməsinin zəruriliyi müzakirə olunub.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/bu-ilin-sonuna-qeder-bakida-azerbaycan-moldova-hokumetlerarasi-komissiyasinin-iclasinin-kecirileceyi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR