Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bayrama görə işçilərinə 1260 maşın və 400 mənzil bağışladı - FOTO

Bayrama görə işçilərinə 1260 maşın və 400 mənzil bağışladı - FOTO

Date: 31 October 2016 13:05

Hindistanda və dünyanın bir neçə ölkəsində hinduistlərin ənənəvi bayramlarından olan Divali təntənə ilə qeyd olunur.

"İşıq bayramı" adlandırılan Divali Xeyrin Şər üzərində qələbəsinin təcəssümüdür.

Milli.Az The Huffington Post-a istinadən bildirir ki, bir neçə gün davam edəcək Divali günlərində səmaya fişənglər buraxılır, tonqallar qalanır, evlər "ranqoli" adlanan naxış-dualarla bəzədilir.

Hindistanda, Şri-Lankada, Nepalda, Ficidə, Surinamda, CAR-da, Banqladeşdə milyonlarla insan üçün Divali həm də Yeni il deməkdir.

Hindistanın ən varlı iş adamlarından biri, "almaz kralı" kimi tanınan milyarder Svcibhay Dholakia bayram münasibətilə işçilərinə 1260 maşın və 400 mənzil bağışlayıb.

Bu il ilk dəfə olaraq BMT də Divalini qeyd edib. BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahının binasında oktyabrın 29-da "Divali bayramınız mübarək!" yazılmışdı.

BMT Baş Assambleyasının katibi Piter Tomson isə Twitter-də yazıb: "Nur zülmətə, ümid pərişanlığa, bilik cahilliyə, Xeyir Şərə qalib gəlir! BMT bu bayramı qeyd edir! Divali bayramınız mübarək!"

Milli.Az























Tags:  Bayrama işçilərinə 1260 maşın 400 mənzil bağışladı FOTO

RƏYLƏR


Top news