"Kəpəz"də iki əskik

"Kəpəz"də iki əskik
13:07 31 Oktyabr 2016
28 İdman
Ölkə mətbuatı
A- A+

"Kəpəz" iki itki ilə üzləşib. Fanat.Az xəbər verir ki, baş məşqçi Şahin Diniyev kapitan Tural Axundovla braziliyalı müdafiəçi Renan Silvanın xidmətindən məhrum olub.


Tural "Zirə" ilə matçda qırmızı vərəqə alıb. 21-ci dəqiqədə qeyri-idman hərəkətinə, 70-ci dəqiqədə hakim qərarına etiraza görə "sarı" alan kapitan meydandan qovulub.


Renan Silva isə sarı vərəqə limitini doldurub. "Zirə" matçının 29-cu dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanan braziliyalı cari mövsümdə 4-cü dəfə sarı vərəqə alıb.


Hər iki futbolçu XI turun "Sumqayıt"la oyununu buraxacaq.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotkpzquotd-iki-skik-t53770.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR