İran XİN: "Nə "Taliban"ı dəstəkləyirik, nə də Yəmənə silah göndəririk"

İran XİN: "Nə "Taliban"ı dəstəkləyirik, nə də Yəmənə silah göndəririk"
13:12 31 Oktyabr 2016
31 Dünya
Ölkə mətbuatı
A- A+

"ABŞ rəsmisinin İranın Yəmənə silah və raket göndərməsi ilə bağlı iddiası həqiqətə uyğun deyil".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi deyib.
 
"Bu kimi iddialar elə bir vaxtda səslənir ki, İran, dünya ictimaiyyəti, vicdanlı insanlar, beynəlxalq təşkilatlar və QHT-lər silah istehsalçısı olan ölkələrin, müharibə alovlandıranların Səudiyyə Ərəbistanına silah satışını tənqid edirlər", - deyə o vurğulayıb. 
 
B. Qasımi həmçinin "Taliban" sözçüsünün İranın bu qruplaşmanı dəstəkləməsi ilə bağlı iddiasını təkzib edib: "İran İslam Respublikası region ölkələri arasında terror qruplaşmaları ilə mübarizədə həmişə ilk sırada olub və bu qruplaşmalarla mübarizədə indiyədək həm maddi, həm mənəvi baxımdan çoxlu itki verib".
 
O qeyd edib ki, bu kimi iddialar öncədən hazırlanmış planın tərkib hissəsidir və bu, terror qruplaşmasını dəstəkləyənlərin birbaşa  göstərişi ilə baş verir: "Bu kimi iddialarla dünya ictimaiyyətində İrana qarşı pis imic formalaşdırmaq məqsədi ilə ortaya atılır.  İranın bu terror qruplaşmasını dəstəkləməsi iddiası açıq-aşkar yalandır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/484808.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR