Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Azərbaycanda telekanalların rəqəmli yayıma keçidi ilə əlaqədar "qaynar xətt" yaradılıb

Azərbaycanda telekanalların rəqəmli yayıma keçidi ilə əlaqədar "qaynar xətt" yaradılıb

Date: 31 October 2016 13:12

Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycanda televiziyaların rəqəmli yayıma keçməsi ilə əlaqədar yarana biləcək müraciətlərin qəbulu məqsədilə "qaynar xətt" yaradılıb.
Bu barədə "Report"a Milli Televiziya və Radio Şurasının Aparat rəhbəri Toğrul Məmmədov bildirib. 
Onun sözlərinə görə, Bakı şəhərindən və bölgələrdən əhali onları narahat edən problemlə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən yaradılan 14-11 nömrəli "qaynar xətt"ə telefon edə bilərlər.
Qeyd edək ki, cari il sentyabrın 27-də Milli Televiziya və Radio Şurasında rəqəmli yayıma keçidlə bağlı mövcud vəziyyət müzakirə olunub. İclasda Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının 2016-cı il noyabrın 1-dən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının isə dekabrın 1-dən etibarən dayandırılması barədə qərar qəbul edilib.

Tags:  Azərbaycanda telekanalların rəqəmli yayıma keçidi əlaqədar qaynar xətt yaradılıb

RƏYLƏR


Top news