Yığmalarımızın macəraları: 4 komanda, eyni tale

Yığmalarımızın macəraları: 4 komanda, eyni tale
13:17 31 Oktyabr 2016
34 İdman
Ölkə mətbuatı
A- A+

Aşağı yaş qrupları üzrə Avropa çempionatlarında seçmə mərhələlər başa çatıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 17 və 19 yaşadək oğlan və qızların yarışlarında Azərbaycan milli komandaları da iştirak edib.

4 müxtəlif turnirdə çıxış edən yığmalarımızın taleyi eyni olub. Belə ki, bütün komandalarımız elit-raunda yüksələ bilməyib. Bununla da millilərimizin Avropa çempionatındakı ömrü cəmi 46 gün sürüb.
 
Maraqlısı odur ki, yığmalarımızın hərəsi bir qələbə qazanıb və hamısı da yeganə uğurunu mərhələ baxımından əhəmiyyəti qalmayan son turda əldə edib. Formallıqdan başqa heç nə kəsb etməyən 3-cü yerin taleyinin həll olunduğu görüşlərdəki qələbə acı təsəllidən başqa heç nə olmayıb. Çünki son tur öncəsi iki komandanın 6, ikisinin isə 0 xalı olub. Yığmalarımız ən yaxşı qrup üçüncülərinin mərhələ keçdiyi yarışlarda da (dörd turnirdən üçündə) nəzəri şanslarını son turadək itirib.
 
Oğlanlardan ibarət komandalarımız bu mənasız qələbəni meydan sahibləri - Rumıniya və Litva üzərində qazanması ilə öyünə bilər. Lakin nə meydan sahibi, nə də bizə bir şey verməyən qələbənin əhəmiyyəti sıfıra bərabərdir. Qızlar isə Baltikyanı ölkə təmsilçiləri Estoniya və Latviyanı məğlub edib. U-19 sonuncuları 4 cavabsız qola qonaq etsə də, Bakıdakı çıxışı heç cür müsbət qiymətləndirmək olmaz.
 
Ümumiyyətlə, 12 görüşdə 4 əhəmiyyətsiz qələbə qazanıb, 8 dəfə uduzan komandalarımız 12 top vurub, 27-ni buraxıb. Məğlubiyyətlərin yarısı - 4-ü isə böyükhesablı olub.
 
U-17
2016/17 (Vüqar Məmməd), Rumıniya, VI qrup, III yer
25.10.2016. İngiltərə - 0:2
27.10.2016. Avstriya - 1:3
30.10.2016. Rumıniya - 1:0
U-19
2016/17 (Nazim Süleymanov), Litva, V qrup, III yer
04.10.2016. Avstriya - 1:4
06.10.2016. Bosniya və Herseqovina - 1:2
09.10.2016. Litva - 2:0
U-17 (qızlar)
2016/17 (Siyasət Əsgərov), Macarıstan, III qrup, III yer
08.10.2016. Macarıstan - 0:3
10.10.2016. Polşa - 0:4
13.10.2016. Estoniya - 1:0
U-19 (qızlar)
2016/17 (Vüqar Əsgərli), Azərbaycan, VIII qrup, III yer
15.09.2016. Ukrayna - 1:2
17.09.2016. İspaniya - 0:7
20.09.2016. Latviya - 4:0

U-17

3

1

0

2

2-5

3

U-19

3

1

0

2

4-6

3

U-19 (qızlar)

3

1

0

2

5-9

3

U-17 (qızlar)

3

1

0

2

1-7

3

Cəmi

12

4

0

8

12-27

12

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/484806.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR