Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyənin keçmiş maliyyə nazirinin oğlu barəsində cinayət işi açılıb

Türkiyənin keçmiş maliyyə nazirinin oğlu barəsində cinayət işi açılıb

Date: 31 October 2016 13:17

Bakı. 31 oktyabr. REPORT.AZ/ Türkiyənin keçmiş maliyyə naziri Ekrem Pakdemirlinin oğlu professor Mehmet Pakdemirli və xanımı dosent, Mefkure Nur Pakdemirli Fətullahçı Terror Təşkilatına (FETÖ) üzv olmaqda şübhəli bilinirlər.
"Report" "Milliyet"ə istinadən xəbər verir ki, M.Pakdemirli tutduğu vəzifədən azad edildikdən sonra FETÖ ilə bağlı cinayət işi çərçivəsində istintaqa cəlb edilib və barəsində cinayət işi açılıb. 
M.Pakdemirli Manisa şəhərindəki Cəlal Bayar Universitetində rektor, həyat yoldaşı isə müəllim işləyib.
Qeyd edək ki, Ekrem Pakdemirli 1939-cu ildə İzmirdə anadan olub. 2015-ci il dekabrın 31-də Manisada vəfat edib. E.Pakdemirli Türkiyənin tanınmış siyasətçilərindən olub. O, maliyə və gömrük, nəqliyyat nazirləri, baş nazirin müavini vəzifələrində çalışıb. XVIII, XIX,XX və XXI çağırışlarda Türkiyə Böyük Millət Məclisinə seçilib. 1987-2002-ci illərdə Ana Vətən Partiyasının üvü olub. 

Tags:  Türkiyənin keçmiş maliyyə nazirinin oğlu barəsində cinayət işi açılıb


RƏYLƏR


Top news