Binəqədidə yanan bina ilə bağlı məhkəmədə ifadələr dinlənilib

Binəqədidə yanan bina ilə bağlı məhkəmədə ifadələr dinlənilib
13:27 31 Oktyabr 2016
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci il mayın 19-da Binəqədidə çoxmərtəbəli yaşayış binasında baş verən yanğında təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, prosesdə ifadə verən şahid Hacıbaba Əkbərov bildirib ki, 2012-2014-cü illərdə Binəqədi rayon İcra Hakimiyyətində böyük məsləhətçi və memar vəzifəsində çalışıb: "Mən vəzifəyə gələndə artıq üzlənmə işlərinə başlanılmışdı. İcra Hakimiyyətinin sərəncamında olan digər məsələlərə nəzarət edirdim. Mən tikinti işlərinin aparılması ilə bağlı yalnız təklif irəli sürmüşəm. Yanan binanın üzlənməsi Binəqədi Rayon İcra Hakimiyyətinin sifarişi əsasında olmayıb".

Sonra şahidlə təqsirləndirilən Qəzənfər Novruzovun vəkili arasında sənədin imzalanma məsələsi ilə bağlı mübahisə yaranıb. Mübahisəyə digər vəkillər də müdaxilə ediblər.

Təqsirləndirilən Miryusif Mahmudov isə deyib ki, binanı İcra Hakimiyyətinin sifarişi ilə deyil, şəxsi vəsaiti hesabına üzləyib.

Sonra ifadə verən şahid Telman Adıgözəlov bildirib ki, yanan binanın üzlənməsində briqadir vəzifəsində çalışıb və binanı üzləmək üçün işçiləri dəvət edib.

Təqsirləndirilən Q.Novruzovun vəkili Xanlar Bayramzadə Binəqədi Rayon İcra Hakimiyyətində təhvil-təslim məsələləri ilə məşğul olan T.Tanrıverdiyevun məhkəmədə dindirilməsi barədə vəsatətlə çıxış edib. Məhkəmə vəsatəti baxılmamış saxlayıb.

Məhkəmə prosesi noyabrın 1-də davam etdiriləcək.

Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan poliuretan məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Yusif Mahmudov, "Qlobal Stone" MMC-nin baş direktoru Uğur Bəşirov, "Global Construction" MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bundan başqa, "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cinayət işinə cəlb ediliblər. Onlar barəsində həbs qətimkan tədbiri seçilməyib.

Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Hindistanda çox geniş malikanə - FOTO

24 May 2017 06:32

Britaniyada asayişi hərbçilər qoruyacaq

24 May 2017 06:29

Ümumdünya Səhiyyə Təşkilatına yeni baş direktor seçildi

24 May 2017 06:28

Qətər xəbərlər agentliyinin saytını xakerlər sındırıb

24 May 2017 06:08

Filippinin cənubunda hərbi vəziyyət bir il davam edə bilər

24 May 2017 06:02

Fələstin İsraillə danışıqlara hazırdır

24 May 2017 05:59

Melanya Tramp yenə ərini pərt etdi

24 May 2017 05:39

Rusiyada məktəblilər Leninin heykəlini sındırıblar

24 May 2017 05:37

Yeni parfüm - FOTO

24 May 2017 05:32

Londonda ən yüksək terror təhlükəsi elan edilib

24 May 2017 05:22

Britaniyada terror təhlükəsinin səviyyəsi yüksəldi

24 May 2017 04:34

Cocuq Mərcanlıda tank əleyhinə mina və qumbara tapıldı

24 May 2017 04:33

Gözəl Emili - FOTO

24 May 2017 04:32

Ağ Ev: Terrorizmə qarşı koalisiya bütün dinlərin vəzifədir

24 May 2017 04:29

ABŞ raket müdafiə sisteminə 10 mlrd. dollar ayırır

24 May 2017 04:09

"28 May" metrostansiyası qarşısında bıçaqlanma olub

24 May 2017 04:07

Zəvvarları daşıyan avtobus qəzaya uğradı:

24 May 2017 03:41

9 minə yaxın “Jeep” geri çağırıldı - SƏBƏB?

24 May 2017 03:33

Helena yaya hazırlaşır - FOTO

24 May 2017 03:32

Bakıda 38 yaşlı kişi özünü bıçaqlayaraq intihar etmək istəyib

24 May 2017 02:42

Ağcabədidə traktor yanıb

24 May 2017 02:36

İran saytında Bakı haqqında FOTOSESSİYA

24 May 2017 02:33

Küllücə tufliləri - FOTO

24 May 2017 02:32

Rusiyaya səfərini yarımçıq qoyacaq -

24 May 2017 02:32

28 May-Respublika Günü Tehranda qeyd edildi

24 May 2017 02:24

Cocuq Mərcanlıda tank əleyhinə mina və partlamamış hərbi sursat aşkar edilib

24 May 2017 02:12

ÜST-ə yeni rəhbər gəldi

24 May 2017 02:04

Ağcabədidə traktor yanıb

24 May 2017 01:54

Putin Filippin prezidenti ilə görüşür

24 May 2017 01:50

Ümumdünya Səhiyyə Təşkilatına yeni baş direktor seçilib

24 May 2017 01:47

“Beynəlxalq Bank 2018-ci ildən tez özəlləşdirilməyəcək” -

24 May 2017 01:41

Britaniyada terror təhlükəsi səviyyəsi kritik həddə qaldırılıb

24 May 2017 01:32

Ən məşhur moda şousunun qonaqları - FOTO

24 May 2017 01:32

Keçmiş arvadının evini yandıran ər: “Həmişə içkili oluram...” - FOTO/VİDEO

24 May 2017 01:28

"Mançester Yunayted" ulduz futbolçuya görə illik 14 milyonundan keçməyə hazırdı

24 May 2017 01:28

Quba sakinlərini hamamda boğub, cəsədlərini çaya atdılar - FOTO

24 May 2017 01:03

Cocuq Mərcanlıda tank əleyhinə mina və qumbara aşkarlanıb

24 May 2017 00:57

Ermənistanın təhlükəsi yenidən Avropanın diqqət mərkəzində

24 May 2017 00:49

Filippin prezidenti Rusiyaya rəsmi səfərini yarımçıq qoyub

24 May 2017 00:47

Venesuelada prezidentə qarşı etiraz aksiyalarında ölənlərin sayı 55-ə çatıb

24 May 2017 00:42

Bakıda 80 yaşlı qadın oğlu tərəfindən qəddarcasına döyülüb

24 May 2017 00:37

Cənubi Koreya-Şimali Koreya sərhədində silah səsləri eşidildi

24 May 2017 00:26

Biləsuvar RMX-nın baş həkimi işdən azad olundu

24 May 2017 00:24

123 mərtəbəli göydələndə dəhşətli anlar - VİDEO

24 May 2017 00:23

Afaq, Nərgiz və Tolik Bodrumda dincəlir - FOTO

24 May 2017 00:12

Astroloji proqnoz - 24 may

24 May 2017 00:08

Əlidən etiraf: "Kaş ki..." - VİDEO

24 May 2017 00:05

Günün qoroskopu: əsəb sisteminizə çox yük düşür

24 May 2017 00:05

Birmingemdə aksiya zamanı əlində bıçaq və dəyənək olan şəxs saxlanılıb

23 May 2017 23:57

Üz üçün “Minus 10" maskası

23 May 2017 23:57