Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycanda yaşayan moldovalılar prezident seçkilərində İqor Dodon və Maya Sandunun namizədliyini dəstəkləyib

Azərbaycanda yaşayan moldovalılar prezident seçkilərində İqor Dodon və Maya Sandunun namizədliyini dəstəkləyib

Çexiya prezidentinin uşaq pornosu QALMAQALI (28 Mart 2017 09:38)
Moldova prezidenti Putinə şərab hədiyyə etdi (17 Mart 2017 21:12)
Hillari Klinton Nyu-Yorkun meri ola bilər (16 Mart 2017 08:32)

Tarix: 31 Oktyabr 2016 13:27

Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycanda yaşayan moldovalılar ölkələrində keçirilmiş prezident seçkilərində sosialistlərin namizədi İqor Dodonun və "Fəaliyyət və Həmrəylik" partiyasından olan Maya Sandunun namizədliyini dəstəkləyib.
Bu barədə "Report"a Moldovanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Məlumata görə, dünən Moldovanın Bakıdakı səfirliyində açılmış seçki məntəqəsində bu ölkənin Azərbaycanda olan və ya müvəqqəti yaşayan 28 vətəndaşı səs verib.
"Seçkilər sakit axarda keçib. Məntəqədə 3 müşahidəçi olub. İ.Dodon və M.Sandu demək olar, eyni sayda səs toplayıb. Başqa namizədlərə səs verənlər də olub", - səfirlikdən bildiriblər.
Qeyd edək ki, oktyabrın 30-da birbaşa seçki hüququ əsasında keçirilmiş prezident seçkilərində İqor Dodon 48,26%, Maya Sandu isə 38,42% səs toplayıb. 9 namizəddən heçm biri mütləq seçim üçün zəruri oılan 50%-lik həddə çatmadığından iki həftə sonra ölkədə seçkilərin ikinci turu keçirilməlidir. İkinci turda ilk mərhələdə ən çox səs toplamış iki namizəd, yəni elə İ.Dodonla M.Sandu yarışacaq.

Teqlər:  Azərbaycanda yaşayan moldovalılar prezident seçkilərində İqor Dodon Maya Sandunun namizədliyini dəstəkləyib



RƏYLƏR


Top xəbərlər