Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Əflatun Amaşov İrana gedir

Əflatun Amaşov İrana gedir

Date: 31 October 2016 13:28

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov İrana səfərə gedəcək.

Bu barədə Publika.az-a Ə.Amaşov özü məlumat verib.

Ə.Amaşov səfər zamanı noyabrın 5-də Tehranda keçiriləcək İran İslam Respublikasının mətbuat və xəbər agentliyinin 22-ci sərgisində iştirak edəcək: “Səfər çərçivəsində İranın bir sıra şəxsləri ilə də görüşlərim gözlənilir. Görüşlərdə İran-Azərbaycan mediasının qarşılıqlı münasibətlərinin indiki vəziyyəti və bu əlaqələrin daha da möhkəmləndirilməsi yolları müzakirə olunacaq”.

Vasif Həsənli


Tags:  Əflatun Amaşov İrana gedir

RƏYLƏR


Top news