Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Səyavuş Heydərov: "Azərbaycanda dini ədəbiyyatlar satan mağazalarda xeyli qanun pozuntuları aşkarlanıb"

Səyavuş Heydərov: "Azərbaycanda dini ədəbiyyatlar satan mağazalarda xeyli qanun pozuntuları aşkarlanıb"

"Hegemonluq etmək istəyən dövlətlər din amilindən istifadə edirlər" (03 Mart 2017 13:05)
DQİDK-nin sədr müavini: “Daha çox yerli müəlliflərin kitablarına üstünlük verilməlidir” (03 Mart 2017 12:42)
İranın təhsil verdiyi mollanın Masallıda qeyri-qanuni FƏALİYYƏTİ AŞKARLANDI - FOTO (23 Fevral 2017 18:43)

Tarix: 31 Oktyabr 2016 13:32

Bakı. 31 oktyabr. REPORT.AZ/ "Bu gün Azərbaycanda dini ədəbiyyatın satışı ilə məşğul olan 160-dan artıq mağaza fəaliyyət göstərir. Onların əksəriyyətinin ixtisaslaşmış satış məntələqələri kimi fəaliyyət göstərməsinə icazəsi verilməyib".
Bunu "Report"a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov deyib.
Onun sözlərinə görə, Dövlət Komitəsi istər icazəsi olan, istərsə də olmayan satış məntəqəsi kimi fəaliyyətinə icazəsi verilən bütün mağazalarda reydlər keçirilir: "Qaradağ və Yasamal rayonlarının ərazisində hüquq-mühafizə orqanları ilə birlikdə reydlər keçirildi. Reydlər zamanı həmin mağazaların əksəriyyətinin ixtisaslaşmış satış məntəqəsi kimi icazəsinin olmadığı müəyyənləşdirildi. Qanunvericiliyə görə, dini təyinatlı ədəbiyyat və əşyaların satışı ilə məşğul olan məntəqələrin icazəsi olmalıdır. Buna ixtisaslaşmış satış məntəqəsi deyirik. Hətta icazəsi olan bəzi mağazalarda da bir sıra pozuntular aşkarlanıb".
S.Heydərov bildirib ki, satış məntəqəsinin icazəsinin olmaması bir qanun pozuntusudursa, həmin mağazada icazəsiz, eyni zamanda nəzarət markası ilə markalanmayan ədəbiyyatın satışının həyata keçirilməsi də əlavə qanun pozuntusu sayılır: "Monitorinqlər, reydlər keçirilən mağazalarada xeyli qanun pozuntusu aşkar edilərək sənədləşdirilib. Hüquq-mühafizə orqanları ilə birgə bu cür reydlər digər bölgələrdə də davam etdiriləcək".  

Teqlər:  Səyavuş Heydərov Azərbaycanda dini ədəbiyyatlar satan mağazalarda xeyli qanun pozuntuları aşkarlanıb



RƏYLƏR


Top xəbərlər