10 bankın əmanətçilərinə 643 milyon manat kompensasiya ödənildi

10 bankın əmanətçilərinə 643 milyon manat kompensasiya ödənildi
13:38 31 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Əmanətlərin Sığortalanması Fondu tərəfindən “Parabank” ASC-nin qorunan əmanətçilərinə 41 milyon 745 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 51 milyon 043 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 26 milyon 136 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 887 min manatdan artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 121 miyon 811 min manatdan artıq kompensasiya həyata keçirilib.

Publika.az fonda istinadən xəbər verir ki, “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 170 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 880 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 16 milyon manatdan artıq kompensasiya həyata keçirilib.

28 oktyabr 2016-cı il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 117 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 969 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 120 milyon manatdan artıq kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 145 milyon manatdan artıq kompensasiya həyata keçirilib.

28 oktyabr 2016-cı il tarixdə QSC “Bank Standard” KB-nin qorunan əmanətçilərinə 360 milyon 322 min manat artıq kompensasiya ödənilib.

Ümumilikdə fond tərəfindən 10 bank üzrə 643 milyon 133 min manatdan artıq kompensasiya həyata keçirilib.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bank/174165.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR