“Mercedes”dən oğurladığı nömrələri “Hyundai”a bağladı

“Mercedes”dən oğurladığı nömrələri “Hyundai”a bağladı
13:39 31 Oktyabr 2016
48 Digər
Ölkə mətbuatı
A- A+

Üzərində başqa avtomobildən oğurlanmış dövlət qeydiyyat nişanları olan avtomobil saxlanılıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 20-də Abşeron rayon sakini Rahib Cəbrayılova məxsus "Mercedes" markalı avtomobilin oğurlanmış dövlət qeydiyyat nişanları üzərində olan "Hyundai" markalı avtomobil Qazax rayonu ərazisində saxlanılıb. Sürücüsü, Bakı şəhər sakini Elman Novruzovla birlikdə Qazax RPŞ-yə təhvil verilib.

 

Araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258150

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR